Bakıda Hyundai aşdı, sürücü yaralandı - FOTO

Bakıda Hyundai aşdı, sürücü yaralandı - FOTO
23:47 3 Dekabr 2016
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Xırdalan-Bakı avtomobil yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Xırdalan-Bakı avtomobil yolunun Sulutəpə qəsəbəsinə dönən hissəsində baş verib. Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Hyundai Elantra" markalı avtomobil dönmə əməliyyatı həyata keçirərkən idarəetməni itirib və aşıb. Sürücünün xəsarət aldığı bildirilir.   
Qəza nəticəsində yolda sıxlıq yaranıb.
 
Qəzanın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR