Matçda qalmaqal: "zadəganlar"la "şəhərlilər" dalaşdılar - FOTO

Matçda qalmaqal: "zadəganlar"la "şəhərlilər" dalaşdılar - FOTO
23:52 3 Dekabr 2016
85 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə premyer-liqasının 14-cu turunun ən önəmli matçı sayılan "Mançester Siti"-"Çelsi" qarşılaşması gərgin keçib.

Milli.Az bildirir ki, "şəhərlilər" birinci hissənin son anlarında Qeri Kehillin dəqiq zərbəsi ilə hesabı açdılar. 60-cı dəqiqədə Dieqo Koşta hesabı bərabərləşdirdi, 70-ci dəqiqədə Uillian "Çelsi"ni irəli çıxardı.

Matçda son sözü Eden Hazard deyib. "Zadəganlar"ın belçikalı ulduzu 90-cı dəqiqədə hesabı 1:3 etdi.

Qarşılaşmanın əlavə vaxtında meydana dava düşüb. Aqueyronun Devid Luisi yerə yıxmasından sonra rəqib komandaların oyunçuları dalaşıblar.

"Mançester Siti"dən Aqueyro və Fernandinyo qırmıız vərəqə alaraq meydandan qovulublar.

Milli.Az




























Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR