Rusiyada 99 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib

Rusiyada 99 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib
01:02 4 Dekabr 2016
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın Krasnodar şəhərində 99 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, onların vəziyyəti həkimlər tərəfindən orta ağır qiymətləndirilir.
"Krasnodar şəhərində yerli firmalardan birinin 99 əməkdaşı kəskin bağırsaq infeksiyasıyla xəstəxanaya yerləşdirilib", - deyə Səhiyyə Nazirliyi mətbuat xidmətindən bildirilib.
Nazirliyin məlumatına görə, bütün zərər çəkənlər regional səviyyədə lazımlı tibbi yardımla təmin edilib. Onların həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiyada-99-nefer-zeherlenerek-xestexanaya-yerlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR