Luis Enrikedən Arda Turana sərt ittihamlar

Luis Enrikedən Arda Turana sərt ittihamlar
01:54 4 Dekabr 2016
145 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının XIV turu çərçivəsində baş tutan “Barselona” – “Real” görüşü 1:1 hesablı bərabərliklə yekunlaşdı. Apasport.az saytının məlumatına görə, “El-Klasiko”dakı bərabərlik madridliləri sevindirsə də, meydan sahibləri bundan çox da razı qalmayıblar.

 

Belə ki, matçdan sonrakı mətbuat konfransına Arda Turanla bərabər qatılan katalonların baş məşqçisi Luis Enrike məğlubiyyətdə türk futbolçunu ittiham edib.

 

"Oyunda üstün tərəf biz idik. Bizim üçün yaxşı nəticə olmadı. İki komanda arasında böyük fərq var idi. Qələbəni qaçıran tərəf biz olduq. Serxio Ramosun 90-cı dəqiqədəki qolundan əvvəl Arda Turan lazımsız qayda pozuntusu etdi. Buna gərək yox idi. Buraxılan bir qol bizə baha başa gəldi. Rəqibi qapımıza gətirməməliydik” – deyə, ispan mütəxəssis bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR