Tailandda "facebook"da kral əleyhinə status yazan tələbə həbs edilib

Tailandda "facebook"da kral əleyhinə status yazan tələbə həbs edilib
02:22 4 Dekabr 2016
139 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Tailandda fəal tələbələrdən biri "facebook" sosial şəbəkəsində ölkənin yeni kralı Max Vaçiralonqkorn əleyhinə status yazdığına görə həbs edilib.
"Report"un məlumatına görə, bu barədə "Fox News" xəbər verib.
Məlumata görə, hüquq fakültəsinin tələbəsi Yatup Bunpattaraks ölkənin şimal-şərqi Çayapxum vilayətində monarxı təhqir etməkdə təqsirləndirilərək həbs edilib.
Bunpattaraks Vaçiralonqkorn kral olduqdan sonra təhqirdə təqsirləndirilərək həbs edilmiş ilk şəxsdir. Onu 15 günədək azadlıqdan məhrumedilmə cəzası gözləyir.
Qeyd edək ki, Vaçiralonqkorn dekabrın 1-də ölkənin yeni kralı olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tailandda-facebook-da-kral-eleyhine-status-yazan-telebe-hebs-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR