ABŞ-da baş vermiş yanğında 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb

ABŞ-da baş vermiş yanğında 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb
02:42 4 Dekabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ ABŞ-ın Ohayo ştatında baş vermiş yanğında 2-i uşaq olmaqla 4 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "FOX8" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Akron şəhərində, üçmərtəbəli yaşayış binasında baş verib. Qəza yerinə 5 yanğınsöndürmə briqadası cəlb edilib.
Ölənlərdən 2-i 8 və 10 yaşlarında qızlardır. Hadisə zamanı biri 12 yaşlı qız olmaqla daha 2 nəfər xəsarət alıb. Onların həyatını xilas etmək mümkün olduğundan yaralılar xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin səhhəti barəsində heç bir məlumat verilmir.  

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-bas-vermis-yanginda-4-nefer-olub-2-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR