Fidel Kastronun külü Santyaqo-de-Kubaya gətirildi

Fidel Kastronun külü Santyaqo-de-Kubaya gətirildi
04:14 4 Dekabr 2016
138 Digər
Ölkə mətbuatı
A- A+

Kuba inqilabının lideri Fidel Kastronun külü Santyaqo-de-Kubaya gətirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, maşın karvanını on minlərlə şəhər sakini qarşılayıb.  

 

Kortejin keçdiyi şəhər və qəsəbələrdə yüz minlərlə kubalı “komandante” ilə vidalaşmaq üçün küçələrə çıxıb.   

 

Qeyd edək ki, dekabrın 4-də Santyaqo-de-Kubada ölkə lideri Raul Kastronun çıxış edəcəyi kütləvi vida mitinqi keçiriləcək.  

 

Dəfn mərasiminin dekabrın 4-də səhər saatlarında keçiriləcəyi gözlənilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261407

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR