İŞİD-in “Qafqaz vilayəti”nin lideri öldürüldü

İŞİD-in “Qafqaz vilayəti”nin lideri öldürüldü
04:18 4 Dekabr 2016
118 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatının daxil olan “Qafqaz vilayəti”nin başçısı Rüstəm Aselderov (“ Abu Məhəmməd”) və onun yaxın ətrafındakı dörd döyüşçü Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Mahaçqalada keçirilən əməliyyatın gedişatında öldürülüb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Rusiya KİV-i daha əvvəl Dağıstan Muxtar Respublikasının Mahaçqala şəhərinin yaxınlığında yerləşən Talqi qəsəbəsində anti-terror əməliyyatının keçirildiyini və beş terrorçunun öldürüldüyünü xəbər vermişdi. Məlumata görə, əməliyyat zamanı terrorçuların gizləndiyi bina mühasirəyə alınıb. Onlar təhlükəsizlik güclərinin “təslim ol!” çağırışına atəşlə cavab verib. Bundan sonra terrorçuların fiziki məhvi barədə qərar qəbul edilib.

Federal Təhlükəsizlik Xidməti bildirir ki, Aselderov Rusiya ərazisində terror aktlarını həyata keçirməyə hazırlaşırdı.

Mətbuat xidmətindən qeyd ediblər ki, Aselderov 2014-cü ildə İŞİD-ə sədaqət andı içib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR