Kubada Fidel Kastronun xatirəsinə həsr edilmiş mərasim başlayıb

Kubada Fidel Kastronun xatirəsinə həsr edilmiş mərasim başlayıb
04:32 4 Dekabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Kuba inqilabının lideri Fidel Kastronun külü ölkənin yeganə qəhrəman şəhəri elan edilmiş Santyaqo-de-Kuba şəhərinə gətirilib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, şəhərin Antonio Maseo meydanında ölkə inqilabının lideri Fidel Kastronun xatirəsinə həsr olunmuş kütləvi anım mərasimi keçirilir.
Mərasimdə Kubanın Dövlət şurasının və Nazirlər Şurasının sədri, ordu generalı Raul Kastro Rus, rəsmilər və dünyanın müxtəlif ölkələrindən ictimai xadimlər, həmçinin kütləvi və ictimai təşkilatların və Kubanın gənc kommunistləriİttifaqının rəhbərləri iştirak edirlər.
Komandante qalıqlarlarının basdırılması mərasimi müqəddəs İfigeniya qəbiristanlığında, bazar günü, yerli vaxtla saat 07:00-da başlayacaq.
Qeyd edək ki, Fidel Kastro noyabrın 25-də 91 yaşında paytaxt Havanada dünyasını dəyişib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kubada-fidel-kastronun-xatiresine-hesr-edilmis-merasim-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR