Ərdoğan Gerhard Şröderlə görüşüb

Ərdoğan Gerhard Şröderlə görüşüb
05:12 4 Dekabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkəyə səfər etmiş Almaniyanın keçmiş kansleri Gerhard Şröderi qəbul edib.
"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.
Məlumatda bildirilir ki, görüş Türkiyə prezidentinin İstanbuldakı Tarabya sarayında baş tutub. Lakin görüş mətbuata qapalı olduğundan Türkiyə dövlət başçısının Almaniyanın keçmiş dövlət rəsmisi ilə hansı məsələləri müzakirə etdiyti məlum deyil.
Xəbərdə bildirilir ki, görüş 1 saat çəkib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/erdogan-gerhard-sroderle-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR