Özbəkistanda prezident seçkiləri keçiriləcək

Özbəkistanda prezident seçkiləri keçiriləcək
05:42 4 Dekabr 2016
101 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Özbəkistanda prezident seçkiləri kçiriləcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə ərazisindəki bütün səsvermə məntəqələri yerli vaxtla səhər saat 06:00-dan axşam saat 20:00-a kimi seçicilərin üzünə açıq olacaq.
Qeyd edək ki, Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib. Onun səlahiyyətləri müvəqqəti olaraq parlamentin hər iki palatası tərəfindən Şavkat Mirziyoyevə tapşırılıb.
Bir çox mütəxəssislər hesab edir ki, məhz o prezident vəzifəsinə əsas iddiaçıdır. Ş.Mirziyoyevun namizədliyi Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb. 
Özbəkistanın 4 siyasi partiyasının prezidentliyə iddialılarının namizədliyi rəsmi qeydiyyata alınıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ozbekistanda-prezident-seckileri-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR