Kanadada məktəbli avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Kanadada məktəbli avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
06:22 4 Dekabr 2016
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Kanadada məktəbliləri daşıyan avtobus aşıb.
"Report" xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Telekanalın polisə istinadən verdiyi məlumata görə, hadisə Manitoba vilayətinin Metison-Aylend rayonunda baş verib. Qəza zamanı avtobusda 4 nəfər və 25 uşaq olub.
Hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Qəzanın baş verdiyi əraziyə tibbi helikopter və 6 təcili yardım maşını cəlb edilib.
Hadisənin təfərrüatları barədə məlumat verilmir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kanadada-mektebli-avtobusu-qezaya-ugrayib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR