İndoneziyada dövlət çevrilişinə cəhd göstərənlər həbs edilib

İndoneziyada dövlət çevrilişinə cəhd göstərənlər həbs edilib
06:42 4 Dekabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ İndoneziya polisi ölkədə dövlət çevrilişi cəhdinin qarşısını aldığını bildirib.
"Report" xəbər verir ki, bu barədə " The Straits Times" qəzeti xəbər verib.
Məlumata görə, ölkə polisi hakimiyyət çevrilişinə cəhd göstərən 11 nəfəri həbs edib. Onların arasında müstəqil respublikanın banisi, İndoneziyanın ilk prezidenti Raçmavati Sukarnonun qızı da var.
Respublikasının hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsi Boy Rafli Amarın sözlərinə görə, qrupun üzvləri həmçinin arasında istefada olan 2 general, ölkənin məşhur rok müsiqiçisi və siyasi fəalı Əhməd Chani də var.
Polis nümayəndəsi bildirib ki, çevrilişinə cəhd göstərənlər dekabrın 2-də Cakarta qubernatorunun istefası tələbi ilə keçirilmiş çoxminli mitinq zamanı parlamentin binasına yürüş etmək və deputatlara prezident Coko Vidodonun impiçment prosedurunun başlanılması üçün təzyiq göstərmək istəyiblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ndoneziyada-dovlet-cevrilisine-cehd-gosterenler-hebs-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR