İlk dəfə Kərimovsuz: bütün yollar Moskvaya gedir

İlk dəfə Kərimovsuz: bütün yollar Moskvaya gedir
08:33 4 Dekabr 2016
120 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Özbəkistan vətəndaşları yeni prezidentini seçirlər.

Publika.az xəbər verir ki, baş nazir, ölkə prezidenti vəzifələrini icra edən Şövkət Mirziyoyev qələbəyə ən ehtimal edilən iddiaçıdır.

Kərimovum siyasi kursu

Özbəkistanda prezident seçkiləri ilk dəfə İslam Kərimovsuz (1989-cu ildən hakimiyyətdə olan İslam Kərimov sentyabrın 2-də vəfat edib –red.) keçirilir. Mirziyoyevin prezidentliyə namizədliyi Özbəkistan Liberal-Demokratik Partiyası (UzLiDeP) tərəfindən irəli sürülüb. O, Kərimovun siyasi kursunu davam etdirəcəyinə söz verib. Baş nazir Özbəkistanın bloklara qoşulmayan ölkə statusunu saxlamağı, həmçinin xarici hərbi bazaların ölkə ərazisinə buraxılmamasını təklif edir.

Kərimov kimi, o da MDB ölkələri, ilk növbədə Rusiya ilə münasibətlərin inkişafını dəstəkləyir. Səmərqənddə Rusiya prezidenti Vladimir Putinlə görüşdə Mirziyoyev qeyd edib ki, Rusiya ilə münasibətlər Özbəkistan üçün strateji əhəmiyyət daşıyır.

Eyni zamanda, baş nazir qonşuları ilə olan problemləri həll etməyə qərar verib. Qırğızıstan-Özbəkistanın sərhədlərinin quruluşu və Tacikistanla su-energetika mübahisələri bu problemlər sırasındadır.

Mirziyoyev ölkə daxilində ictimai-iqtisadi problemlərin həlli üçün Özbəkistanın birinci prezidentinin qərarlarına dəyişikliklər edən on fərman və qətnaməni imzalayıb. O, korrupsiya ilə mübarizə haqqında qanunun qəbulu üçün çıxış edib, liberal valyuta bazarının yaradılması təklifini səsləndirib, sahibkarlar üçün amnistiya elan edib.

GMO, tariflər və latın əlifbası

Seçkilərdə Mirziyoyevdən başqa, Özbəkistan Xalq-Demokratik Partiyasından Hotamcan Ketmonov, Sosial-demokrat “Ədalət” Partiyasının namizədi Nəriman Umarov və Özbəkistanın Demokratik Partiyasının namizədi Sərvər Otamuratov iştirak edir.

Öz partiyalarının liderləri olan ilk iki siyasətçi artıq2015-ci ilin martında keçirilən prezident seçkilərində iştirak edib və hər ikisi 3 faizdən az səs toplayıb. Onlar indiki seçki kampaniyasında da praktik olaraq eyni şüarlarla çıxış ediblər.

Ketmonov əvvəlki kimi məşğulluq proqramlarının reallaşdırılmasına, sosial siyasətdə dövlətin rolunun möhkəmləndirilməsinə və tariflərə diqqətini yönəldib. Umarov bazarda dövlətin nəzarətini saxlamaq, “yaşıl texnologiyalar”ı inkişaf etdirmək, həmçinin Özbəkistanda orqanların transplantasiyasına icazə vermək niyyətindədir.

Prezident kampaniyasının debütantı olan Otamuradov geni modifikasiya olunmuş (GMO) məhsulları qadağan etmək, həmçinin latın qrafikinə əsaslanan özbək əlifbasına keçidi təmin etmək niyyətindədir.

Hər üç namizəd Rusiya ilə ittifaq əlaqələri və strateji münasibətləri inkişaf etdirməyə, Özbəkistanın bloklara qoşulmayan statusunu saxlamağa çağırır.

“Exit poll”a qadağa

Özbəkistanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçici siyahısı 21 milyon 435 milyon nəfərdən ibarətdir. Hazırda 14 dairə seçki komissiyası və 9381 seçki məntəqəsi yaradılıb. Seçkilərdə qələbə qazanmaq üçün namizəd səslərin 50 faizindən çoxunu toplamalıdır.

MSK seçkilərin ilkin nəticələrini dekabrın 5-də elan edəcək. 2007 və 2015-ci illərdə olduğu kimi indiki seçkilər də “exit poll”suz keçəcək. Ölkənin seçki qanunvericiliyi ilə “exit poll” qadağan edilib.

Seçkiləri 80 mindən çox yerli müşahidəçi və beynəlxalq təşkilatların təxminən 600 müşahidəçisi izləyəcək. Seçkiləri işıqlandırmaq üçün 20 ölkədən 1,3 min jurnalist gəlib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR