Təmir qurbanları: 5 ölü, 4 yaralı

Təmir qurbanları: 5 ölü, 4 yaralı
09:27 4 Dekabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin şərqində yaşayış binasının uçması nəticəsində 5 nəfər ölüb.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi xəbər verib.
Məlumata görə, hadisə Şandun vilayətinin Çzinan şəhərində baş verib. Dağılan bina təmir işləri aparan fabrikin bir hissəsi imiş.
Hadisə zamanı dağıntılar altında 9 nəfər qalıb. Xilasedicilər dağıntılar altından 7 nəfəri çıxarıblar. Dörd yaralı xəstəxanaya yerləşdirilib.
Artıq xilasetmə işləri başa çatıb. Polis şübhəli şəxsləri istintaqa cəlb edib.
Hadisənin başvermə səbəbləri araşdırılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR