Qapıçıya partlayıcı atdılar, oyun yarımçıq qaldı

Qapıçıya partlayıcı atdılar, oyun yarımçıq qaldı
09:47 4 Dekabr 2016
95 İdman
Ölkə mətbuatı
A- A+

Fransa Liqasının 16-cı turunda keçirilən "Metz" - "Lion" oyunu yarımçıq dayandırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb azarkeşlərin meydançaya yad əşyalar atması olub.

Görüşün 30-cu dəqiqəsində qonaqların zədələnən qapıçısı Antoni Lopezə tibbi yardım göstərilərkən yerli azarkeşlər həkimlər və qapıçıya tərəf partlayıcı maddə atıblar. Həkimlərdən biri və qapıçı xəsarət alıblar. Buna görə də hakim oyunu yarımçıq dayandırıb.

Qeyd edək ki, təxirə salınan oyunda meydan sahibləri 1:0 hesabı ilə öndə olublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR