100 milyon dollar dəyərində kokain ələ keçdi

100 milyon dollar dəyərində kokain ələ keçdi
10:05 4 Dekabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyada 100 mln. dollar dəyərində kokain müsadirə edilib. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kolumbiya ordusunun 5-ci diviziyasının komandanı general Xorxe Umberto Xeres bildirib.   

Onun sözlərinə görə, çəkisi iki tondan çox olan narkotik vasitə ABŞ, Kanada və Meksikaya göndərilməli imiş.
 
Qanunsuz yük paytaxt Boqotanın yaxınlığında yerləşən anbarda aşkarlanıb.  
 
Əməliyyat zamanı hadisə yerində 5 meksikalı saxlanılıb.  Müsadirə olunmuş yük Meksikanın "Los Setas" narkomafiyasına məxsus olub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR