Play Store

Rusiyada 74 insanı öldürən İŞİD-çi məhv edildi

Rusiyada 74 insanı öldürən İŞİD-çi məhv edildi
10:17 4 Dekabr 2016
121 Dünya
Ölkə mətbuatı
A- A+

Dağıstanda öldürülən silahlı Rüstəm Aselderov "Qafqaz İmarəti" qruplaşmasının yerli qolunun başçısı olub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin saytında bildirilir.    

Məlumata görə, hadisə yerindən çoxlu sayda silah-sursat götürülüb.
 
Polis və dinc sakinlər arasında yaralanan olmayıb.  
 
Rüstəm Aselderovun Rusiya ərazisində törədilən bir çox terror aktlarının təşkilatçısı olduğu bildirilir.  R.Aselderov Həştərxan-Mahaçqala yolunda 40 nəfərin ölümü və 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktını hazırlayıb.  O, həmçinin 2013-cü ilin dekabrın sonunda Volqoqradda dəmir yolu vağzalı və trolleybusda 34 nəfərin ölümü və 78 nəfərin yaralanması ilə nəticələnən partlayışların təşkilatçısı olub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR