Timoşenkodan qəribə TƏKLİF

Timoşenkodan qəribə TƏKLİF
10:27 4 Dekabr 2016
84 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenko Ukrayna prezidenti vəzifəsinin ləğv olunması təklifi ilə çıxış edib.

Milli.Az publika.az-a istinadən bildirir ki, keçmiş baş nazir bu təklifi "Ukrayna 112" telekanalının efirində səsləndirib.

Onun sözlərinə görə, prezident postu Ukrayna üçün lazım deyil.
Eyni zamanda Timoşenko qeyd edib ki, prezident ambisiyalarından imtina etmir. "Mən Ukraynanı dəyişdirmək istəyirəm. Mən bunun üçün hansı alətlər lazımdırsa, onlardan istifadə edəcəyəm", - o vurğulayıb.
Dekabrın 1-də "Batkivşina" lideri bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko yaxın vaxtlarda dövlət başçısı postunu tərk edə bilər: "Sosioloji sorğular göstərir ki, prezidentin reytinqi hazırda üç faiz təşkil edir. Poroşenko anlayır ki, bu, onun siyasi karyerasının sonudur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR