Ardanı jurnalistlərin önünə çıxarıb pislədi

Ardanı jurnalistlərin önünə çıxarıb pislədi
10:32 4 Dekabr 2016
204 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının XIV turu çərçivəsində baş tutan "Barselona" - "Real" görüşü 1:1 hesablı bərabərliklə yekunlaşdı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "El-Klasiko"dakı bərabərlik madridliləri sevindirsə də, meydan sahibləri bundan çox da razı qalmayıblar. 

Belə ki, matçdan sonrakı mətbuat konfransına Arda Turanla bərabər qatılan katalonların baş məşqçisi Luis Enrike məğlubiyyətdə türk futbolçunu ittiham edib.
 
"Oyunda üstün tərəf biz idik. Bizim üçün yaxşı nəticə olmadı. İki komanda arasında böyük fərq var idi. Qələbəni qaçıran tərəf biz olduq. Serxio Ramosun 90-cı dəqiqədəki qolundan əvvəl Arda Turan lazımsız qayda pozuntusu etdi. Buna gərək yox idi. Buraxılan bir qol bizə baha başa gəldi. Rəqibi qapımıza gətirməməliydik", - deyə ispan mütəxəssis bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR