Təyyarədə yeməyin dadı niyə başqadır? - FOTO

Təyyarədə yeməyin dadı niyə başqadır? - FOTO
11:05 4 Dekabr 2016
177 Maraqlı
Ölkə mətbuatı
A- A+

Biz təyyarəyə daxil olanda dadbilmə duyğumuzu yerdə qoyub gəlirik.

Təyyarədə verilən yeməklərin bizə dadsız-duzsuz gəlməsi də bundandır. 10 min metr yüksəklikdə insanın dadbilmə və iybilmə duyğuları dəyişir. Yeməyin ləzzətli olmasında isə bu iki hissiyyat əsas rol oynayır. Təyyarə göyərtəsindəki aşağı təzyiqə görə duzlu və şirin dadları hiss etmək qabiliyyətimiz azalır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, alimlər bunun səbəbləri kimi rütubətin azlığını, təzyiqin aşağı olmasını və təyyarənin uğultusunu göstərirlər.

Havanın quruluğu və təzyiqin azlığı

Təyyarəyə daxil olduğunuz anda ilk təsirlənən iybilmə duyğunuz olur. Təyyarə qalxdıqca göyərtədəki təzyiqlə yanaşı, rütubət də azalır. 10 metr yüksəklidə rütubət 12 faizə düşür ki, bu da təxminın səhra quruluğudur.

Elə bu hava quruluğuna və təzyiqin aşağı olmasına görə şirin və duzlu dad duyğularımızın kəsərliyi 30 faiz azalır.

Amma məsələ təkcə dadbilmə duyğumuzda deyil. Biz dad dedikdə düşündüyümüzün 80 faizi əslində yeməyin iyidir. Hava quru olanda isə iybilmə qabiliyyətimiz lazımi səviyyədə olmur və buna görə də yeməkdən istədiymiz dadı ala bilmirik.

Məhz bu səbəbdən də hava yolları şirkətləri təyyarələrində verilən yeməklərə əlavə duz və ədva vururlar.

Psixoloqların qənaətinə görə, təyyarə mühərrikinin uğultusu təkcə qulaqlarımızı deyil, həm də dadbilmə duyğumuzu təsirləndirir.

Bəzi araşdırmalar səs-küylü yerdə yemək yeyənlərin sakit yerdə yeyənlərdən daha artıq duzdan istifadə etdiyini göstərib.

Kütləvi istehsal

Təyyarədə verilən yeməklər yerdə, həm də kütləvi istehsal olunur. İsti-isti qablaşdırılır və sürətli şəkildə soyudulur, soyuducuda saxlanır və yeməkdən əvvəl qızdırlır.

Bütün bu proses yer səthində getsə belə, yeməklərin dadı fərqli olmalıydı.

Beynəlxalq Uçuş Xidmətləri Assosiasiyası təyyarədə verilən yeməklərin dadını daha ləzzətli etmək üçün onu qapalı plastik paketlərdə, aşağı temperaturda hazırlamağı tövsiyə edib.

Usta aşpazlar

Təyyarə sərnişinləri üçün yeməklər hazırlayan Sky Chefs adlı şirkətin direktoru David Marguiles deyir ki, yerdə verilən yeməklərlə təyyarədə verilən yeməklərin tarif fərqi olmalıdır.

"Lakin bu o demək deyildir ki, havada yeyilən yeməklər yerdə yeyilən yeməklər qədər dadlı deyil", - direktor deyir.

Sadəcə olaraq təyyarədə qəbul üçün nəzərdə tutulmuş xörəklər yalnız müəyyən bir mərhələyə qədər bişirilir, başqa sözlərlə, yeməklərin sərnişinə verilməzdən əvvəl bir daha qızdırılacağı da nəzərə alınır.

Bu yeməklərin dadına yerdə uçuş simulyatorlarında baxılır.

Bu olduqca dəqiq işdir, ona görə də təyyarə şirkətləri bu işə ən usta aşpazları cəlb edirlər.

Burun aerozolları

Uçuş zamanı bütün dadlar eyni şəkildə təsirlənmir.

Təyyarədəki uğultu şəraitində adətən beşinci dad kimi tanınan və yosun, göbələk, pomidor və soya sousunun tamını verən umamidən istifadə olunur.

Uçuş zamanı sərnişinlərin daha çox tomat şirəsi istəməsi də bununla bağlıdır. Buna görə də bəzi hava yolları şirkətləri yeməklərində pomidor, ispanaq və molyusk olmasına çalışırlar.

British Airways şirkəti radikal yanaşma nümayiş etdirərək bir müddət sərnişinlərinə yeməkdən əvvəl burun aerozolları paylayardı. Bu yeməkdən qabaq burun yollarını açmalı və daha yaxşı dadbilməyə xidmət etməliydi. Amma nədənsə bu üsul davamlı olmadı və əvəzində umamidən istifadəyə keçildi.

Şərab

Bəzi hava yolları şirkətləri yeməklərin dadsızlığını plastik çəngəl, qaşıq, stəkanla bağladığından indi artıq yeməyi normal mətbəx ləvazimatı ilə verirlər.

Lakin havada dadı dəyişən təkcə yeməklər yox, həm də şərablardır.

Alimlər yerdə meyvə tamı verən şərabların bir qədər aşılandığını və turşuduğunu deyirlər.

Elə buna görə də təyyarədə verilən şərablar onların az miqdarda içilməsi üçün nəzərdə tutulub.

Həm də göydə şərab içmək ürəyinizdən keçirsə, bunu uçuşun sonundansa, əvvəlində etmək məsləhətdir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/495558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR