Komandanteyə heykəl qoyulması qadağan ediləcək

Komandanteyə heykəl qoyulması qadağan ediləcək
11:27 4 Dekabr 2016
92 Dünya
Ölkə mətbuatı
A- A+

Kuba inqilabının lideri Fidel Kastronun külü gecə ölkənin yeganə qəhrəman şəhəri elan edilmiş Santyaqo-de-Kuba şəhərinə gətirilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, şəhərin Antonio Maseo meydanında ölkə inqilabının lideri Fidel Kastronun xatirəsinə həsr olunmuş kütləvi anım mərasimi keçirilir. Mərasimdə Kubanın Dövlət şurasının və Nazirlər Şurasının sədri, ordu generalı Raul Kastro Rus, rəsmilər və dünyanın müxtəlif ölkələrindən ictimai xadimlər, həmçinin kütləvi və ictimai təşkilatların və Kubanın gənc kommunistləri İttifaqının rəhbərləri iştirak edirlər.

Komandante qalıqlarlarının basdırılması mərasimi müqəddəs İfigeniya qəbiristanlığında bu gün keçiriləcək.

Qeyd edək ki, Fidel Kastro noyabrın 25-də 91 yaşında paytaxt Havanada dünyasını dəyişib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu arada bəlli olub ki, Kuba hakimiyyəti ölkənin keçmiş lideri Fidel Kastronun şərəfinə abidələri tikməyi qadağan edəcək. Bu haqda dünən Raul Kastro açıqlama verib.

Onun sözlərinə görə, komandante şəxsiyyətindən pərəstiş vasitəsi kimi istifadə olunmasını istəməyib. Bundan başqa, hökumət müəssisələrinə, küçələrə, parklara və ictimai yerlərə də Kuba inqilabı liderinin adı verilməyəcək.

"Fidel Kastronun iradəsinə uyğun olaraq, biz xalq hakimiyyəti Milli məclisinin növbəti sessiyalarına qanunverici təşəbbüslər təqdim edəcəyik" , - deyə KİV Raul Kastronun sözünü sitat gətirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR