20 min sərnişin aeroportda qaldı

20 min sərnişin aeroportda qaldı
11:52 4 Dekabr 2016
73 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində çoxlu sayda aviareyslərin ləğvinə və gecikməsinə gətirib çıxaran güclü duman səbəbindən 20 mindən çox sərnişin Çendu şəhər aeroportunda qalıb.

Milli.Az report.az-a istinadən bildirir ki, "Şuanlyu" Beynəlxalq Hava Limanında bazar günü günorta saatlarınadək 49 aviareys təxirə salınıb.

Aeroportun uçma-enmə zolağı 10 saatdan çox bağlı qalıb və Bakı vaxtı ilə 07:43 radələrində məhdud fəaliyyətə başlayıb. Şənbə günü isə burada 32 reys təxirə salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR