Play Store

Faciə yaşayan kluba acı təsəlli

Faciə yaşayan kluba acı təsəlli
12:17 4 Dekabr 2016
110 İdman
Ölkə mətbuatı
A- A+

Heyətinin əksəriyyəti Kolumbiyada faciəli təyyarə qəzasında həlak olan "Chapecoense" Cənubi Amerika Kubokunun qalibi elan olunacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun müvəqqəti prezidenti İvan Tozzo CONMEBOL-un bu barədə qərar qəbul etdiyini açıqlayıb.

"Onlar "Chapecoense"ni Cənubi Amerika Kubokunun qalibi elan edəcəklər. Bundan başqa, klub 2 milyon avro mükafat alacaq. Hər şey təsdiqlənib. Bilmirəm, kubokun təqdimatı keçiriləcək, ya yox".

Qeyd edək ki, noyabrın 30-da Medelyin yaxınlığında baş vermiş qəzada 19 futbolçu həyatını itirmişdi. Qapıçı Danilo xilas edilsə də, sonradan xəstəxanada dünyasını dəyişmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR