"Gökhan əvvəl yaxşı idi, indi pis oldu?"

"Gökhan əvvəl yaxşı idi, indi pis oldu?"
12:42 4 Dekabr 2016
84 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasında 13-cü turun mərkəzi oyunu Kadıköydə keçirilib. "Fenerbahçe" və "Beşiktaş"ın qarşılaşmasında qol vurulmayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonrakı açıqlamasında "qara qartallar"ın baş məşqçisi Şenol Güneş yaxşı oynamadıqlarını etiraf edib.

"İstəmədiyimiz oyun tərzi idi. Matç mənə və izləyənlərə zövq vermədi. Təhlükəli epizod yarada bilməmək buraya boşuna gəlmək deməkdir. "Galatasaray"la oyunda da xal itirmişdik. Derbilərdə xal itkiləri yaxşı deyil. İlin sonuna kimi Superliqada 3 oyun keçirəcəyik. Bunların 2-si evdə, 1-i səfərdədir. İnşallah, qalib gəlib son 2 oyundakı xal itkilərini kompensasiya edərik".

Şenol Güneş komandanın müdafiəçisi Gökhan Gönülə "Fenerbahçe" azarkeşləri tərəfindən göstərilən təzyiqə də münasibət bildirib.

""Fenerbahçe"dən başqa bir futbolçu da gəlmək istəyirdi, alınmadı. Gökhan əvvəl yaxşı idi, indi pis oldu? Nə futbolçunu təhqir etmək, nə də onun azarkeşlərə reaksiya verməsi düzgün deyil. Hiss bağlarından çıxıb rasional düşünməyə başlamalıyıq".

Təcrübəli mütəxəssis açıqlamanın sonunda Federasiya tərəfindən oyunların təqviminə tənqidi yanaşıb. O, "Beşiktaş"ın sıx qrafikdə oynayadığını əsas gətirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR