Respublikada hava şəraiti qeyri-sabit keçəcək

Respublikada hava şəraiti qeyri-sabit keçəcək
12:47 4 Dekabr 2016
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 5 və 6-da respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.
Departamentdən "Report"a verilən məlumata görə, göstərilən tarixlərdə Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Dekabrın 5-i axşam və dekabrın 6-da arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 5-8° aşağı enəcək, maksimal temperatur gündüz saatlarında 3-5° isti təşkil edəcək.
Bölgələrdə dekabrın 5-i günün ikinci yarısında, 6-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-6° aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/xeberdarliq-respublikada-hava-seraiti-qeyri-sabit-kececek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR