Gəncədə dəm qazından boğulma olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin E. Qurbanov küçəsində ev 17-də qeydə alınıb.
Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Flora Hacıyeva hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Milli.Az