Play Store

Evinə damdan od düşdü

Evinə damdan od düşdü
13:57 4 Dekabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 12.00 radələrində rayonun Car kəndində, kənd sakini Abubəkir Ömər oğlu Ömərova məxsus, ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı evin dam örtüyü yanaraq yararsız hala düşüb, yanğının ikinci və birinci mərtəbədə olan otaqlara keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/495581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR