Bu kəlmələri əsla deməyin!

Bu kəlmələri əsla deməyin!
14:05 4 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Əsla deməli olmadığınız kəlmələr və əvəzində söyləyə biləcəyiniz nələrdir? Milli.Az publika.az-a istinadən kiminsə görünüşü ilə bağlı deməli olmadığınız sözləri təqdim edir:

"Yorğun görünürsünüz. Yaxşı görünmürsünüz'' - bu cür ifadələri işlətməyin. Əvəzində "Hər şey yaxşıdır?'' deyə soruşa bilərsiniz. Çünki "yorğun" kəlməsi insana neqativlik verir və qarşımızdakı insanı nəyin yorduğunu bilə bilmərik.
"Canın yanmasın, 1 ton arıqlamısan" deməyin. Çünki təzəcə arıqlamış birinə əvvəllər çox pis göründüyünü xatırlada bilərsiniz. Bunun əvəzində "gözəl görünürsən'' deyə bilərsiniz.
"Yaşına görə yaxşısan" - bu cür sərt kəlmədən heç kimin xoşu gəlməz.
"Əynindəkiləri heç vaxt geyinə bilməzdim" sözü qarşınızdakı insanın geyimini təhqir etdiyiniz anlamına gəlir. Bu kəlmənin əvəzində "Sənin kimi bədən quruluşum olmadığı üçün sən geyindiklərini geyinə bilmərəm" deyə bilərsiniz.
İş yerində bu sözləri heç vaxt işlətməyin - "bu, mənim işim deyil". Əgər rəhbəriniz sizdən hansısa işi etmənizi istəyirsə, bu kəlmənin əvəzində "bu işin məsuliyyətini daşımağa hazır deyiləm" deyə bilərsiniz.
Düşüncələrinizi heç vaxt təhqir kimi söyləməyin. "Səninlə danışmağa vaxtım yoxdur" kimi kobud cavab verməkdənsə əvəzində işiniz olduğunu, bitirdikdən sonra danışa biləcəyinizi söyləyin.
İş görüşməsinə getdiyinizdə bunları deməyin - "Axırıncı müdirim pis adam idi", "Burada işləməkdən razı qalacam yəni?", "İş vaxtları necədir?"
Ailəli qadından bunları soruşmayın: "Hamiləsən?" - bu sual qadına çəkisinin artdığını nəzərinə çatdırır. "Uşağına süd verməyi düşünürsən?" bu çox özəl sual olduğu üçün soruşmaq düzgün olmaz.
Sevgilisindən yeni ayrılmış şəxsə deməli olmadıqlarınız - "Onun üçün həddən çox yaxşı idin" demək əvəzinə "O itirdi" deyə bilərsiniz. "Ondan ayrıldığına sevindim, heç xoşum gəlmirdi ondan" cümləsi əvəzinə "ondan daha yaxşısı ilə qarşılaşacaqsan'' deyin. "Sənin kimi gözəl birinin tək qalması necə ola bilər?" kəlməsi heç düzgün qəbul edilmir.
Sevdiyiniz insanla dalaşarkən bunları deməyin - "Sən hər zaman...", "Sən əsla...", "Sənin səhvindir". "Əgər məni həqiqətən sevsəydin... edərdin" kəlməsi sevdiyiniz insanın sizi heç vaxt məmnun etmədiyi mənasına gəlir. Əvəzində "əgər biz birlikdə ola bilsəydik, özümü daha yaxşı hiss edərdim'' deməklə davadan uzaqlaşa bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/495582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR