UEFA tərbiyəsiz jestə görə üzr istədi - FOTO

UEFA tərbiyəsiz jestə görə üzr istədi -   FOTO
15:27 4 Dekabr 2016
97 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın futbolçusu Dani Karvajal "Barselona" azarkeşlərinə qeyri-etik jest edib. Fanat.Az xəbər verir ki, futbolçu "El Klasiko"nun son dəqiqəsində komanda yoldaşı Serxio Ramosun vurduğu bərabərlik qolundan (1:1) sonra yerli komandanın azarkeşləriən orta barmağını göstərib.


Matçdan sonra "Twitter" hesabından bir açıqlama yayan Dani Karvajal tribunaların özünə qarşı hərəkətlərinə cavab verdiyini bildirib: "Belə bir hadisə baş verməməli idi. Üzr istəyirəm".



Karvajalın bu görüntüsünü "Instagram" daxil olmaqla bəzi sosial media hesablarından paylaşan UEFA da etirazlardan sonra fotonu silib və bu açıqlamanı yayıb: "El Klasiko" zamanı UEFA hesablarında təhqir yükü daşıyan bir görüntü yayımlandı. Bu paylaşımın yaratdığı narahatlığa görə üzr istəyirik".



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-uefa-trbiysiz-jest-gor-uzr-istdi-t54689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR