Yataq otağından zorla aparılan qız tapıldı

Yataq otağından zorla aparılan qız tapıldı
15:44 4 Dekabr 2016
336 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 2-də Türkiyənin İzmir şəhərində 16 yaşlı qızın yaşadığı mənzildən müəmmalı şəkildə qaçırılması böyük marağa səbəb olmuşdu. Lent.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, İzmirin  Karabağlar rayonunda ata anası və bacısı işdə olarkən yatdığın yerdən qaçırılan  Ayşenur S. İstanbulda tapılıb.

 

Bu gün qızın valideynlərinə zəng edən şəxs Ayşenuru Esenler adlanan yerdə yol kənarında huşsuz vəziyyətdə tapdığını və onun telefonunu götürərək əlaqə saxladığını deyib.

 

Bildirilir ki, evdə kimsənin olmadığını bilən narkotik alveri və fahişəliklə məşğul olan şəbəkə üzvləri 16 yaşlı qızı zorla aparıblar. Bir neçə saat sonra evə qayıdan valideynləri yataq otağında qan ləkələri və cırılmış paltarlar görüncə, dərhal polisə məlumat veriblər.

 

Olayla bağlı artıq bir nəfər şübhəli şəxs qismində saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR