Ermənilər təşvişdə: "Tramp bir dəfə də olsun demədi..."

Ermənilər təşvişdə: "Tramp bir dəfə də olsun demədi..."
15:47 4 Dekabr 2016
341 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da Donald Trampın prezident seçilməsi ermənilər üçün çağırışdır. Çünki son onilliklər ərzində ilk dəfədir ki, ABŞ-da erməni məsələsi barədə anlayışı olmayan, bir dəfə də olsun Ermənistan barədə danışmayan və erməni sözünü dilə gətirməyən, nə Qarabağ münaqişəsi, nə "soyqırım" barədə heç vaxt bəhs etməyən biri prezident olacaq.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu sözləri erməni politoloq Ruben Safrastyan deyib.

Erməni politoloqun fikrincə, ABŞ-ın əvvəlki prezidentlərinin erməni məsələsi haqda anlayışı, öz mövqeləri var idi.  Çünki onlar siyasi istebleşmentə məxsus idilər. Tramp isə biznesdən gəlib. "Onun erməni məsələsi barədə anlayışı  belə yoxdur", - Safrastyan bildirib. Onun fikrincə, Ermənistan və erməni diasporu Trampın inauqurasiyasına qədər əlindən gələni etməlidir ki, onunla təmas qursun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR