Dörd ölkə BMT-nin təcili toplanmasını istəyir

Dörd ölkə BMT-nin təcili toplanmasını istəyir
16:27 4 Dekabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri Suriyanın Hələb şəhərində vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyasının təcili iclasının keçirilməsi üçün müraciət ediblər. 

Milli.Az bildirir ki, APA-nın "Əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bu ölkələr BMT Təhlükəsizlik Şurasının konsensus olmadığı üçün bu məsələni həll edə bilmədiyini nəzərə alıb, BMT Baş Assambleyasının təcili iclasının keçirilməsini vacib hesab ediblər.
 
Hələbdə hazırda hökumət və Azad Müxalif Suriya Ordusu arasında qanlı döyüşlər gedir. Şəhərin şərq hissəsi müxaliflərin nəzarətindədir. Müxalifləri mühasirəyə alan Suriya ordusu hücumlarını davam etdirir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR