Fransada baş nazir istefa verib prezidentliyə namizəd olacaq

Fransada baş nazir istefa verib prezidentliyə namizəd olacaq
16:59 4 Dekabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın baş naziri Manuel Vals sosialistlərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçiriləcək ilkin seçkilərdə iştirak edəcək.

 

APA-nın məlumatına görə, bu barədə “Journal du Dimanche” (JDD) qəzeti məlumat yayıb.

 

M. Vals keçən həftə növbəti prezident seçkilərinə qatılmaqdan imtina edən prezident Fransua Ollandın əvəzində ilkin seçkilərdə iştirak edəcək. Qəzet M. Valsın dekabrın 5-də namizədliyini rəsmən elan edəcəyini yazıb. O, eyni zamanda baş nazir postundan istefa verəcəyini açıqlayacaq. Fransanın baş naziri postunda M. Valsı kimin əvəzləyəcəyi isə hələ məlum deyil. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR