“Boavişta”nın baş məşqçisi: "Kamranı qaytarmağa çalışacağıq"

“Boavişta”nın baş məşqçisi: "Kamranı qaytarmağa çalışacağıq"
17:09 4 Dekabr 2016
98 Digər
Ölkə mətbuatı
A- A+

“Bovaişta”nın baş məşqçisi Migel Leal keçirdiyi mətbuat konfransında zədəli oyunçuların durumu haqqında danışıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis milli komandamızın qapıçısı Kamran Ağayevin vəziyyətinə də aydınlıq gətirib.

 

“Kamran Ağayev və Fabio Eşpinyo bu oyunda çıxış etməyəcək. Çətin qarşılaşma olacaq, ancaq azarkeşlərimizin də dəstəyi ilə qalib gəlməyə çalışacağıq. Ağayevin vəziyyəti nisbətən daha ağırdı. Onu qış fasiləsində heyətə qaytarmağa çalışacağıq”.

 

Qeyd edək ki, “Boavişta” Portuqaliya çempionatında növbəti matçını dekabrln 6-da “Pakoş Fereyra”ya qarşı keçirəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR