Rusiyada dəhşətli qəza: 10 uşaq öldü

Rusiyada dəhşətli qəza: 10 uşaq öldü
17:14 4 Dekabr 2016
87 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Tümen vilayətində avtomagistralda baş verən qəza nəticəsində 10 uşaq ölüb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Xantı-Mansiysk magistralında avtobus, iki minik maşını və bir yük maşını toqquşub.

 

Avtobusda 29-u uşaq olmaqla, 32 nəfər olub. Qəzanın səbəbkarı avtobus sürücüsü olub.  Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR