Falkaonun keçmişini araşdırırlar

Falkaonun keçmişini araşdırırlar
17:17 4 Dekabr 2016
95 İdman
Ölkə mətbuatı
A- A+

Radamel Falkao "Atletico Madrid"də oynadığı dönəmdə vergidən yayınmaqda ittiham olunur.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, kolumbiyalı forvard buna "L`Equipe" nəşrinə açıqlamasında toxunub.

"Vəkilim İspaniya tərəfini lazımi informasiya ilə təmin etməyə hazırdır. Deyiləcək sözüm yoxdur. Futbola köklənməyə məcburam. Heç nədən çəkinmirəm. Belə məsələlərlə vəkilim məşğul olur".

"Monaco"nun vitse-prezidenti Vadim Vasilyev də təcrübəli hücumçunun arxasında olduqlarını bəyan edib.

"Qəzetlərdən bu xəbəri oxudum. Məlumatım dərin deyil. Amma Falkao bizim futbolçudur və sona qədər onu dəstəkləyəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR