Türkiyə dollardan imtina edir – QƏRAR

Türkiyə dollardan imtina edir – QƏRAR
17:28 4 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Borsa İstanbul Türkiyə prezidenti Recep Tayyip Erdoğanın çağırışına dəstək verib və bu gündən etibarən bütün nağd vəsaitləri lirəyə çevirməklə Türk Lirəsi hesablarında saxlanmasına qərar verib.

Publika.az Fins.az-a istinadən xəbər verir ki, Borsa İstanbulun rəhbəri bununla bağlı Bloomberg-ə belə bir açıqlama verib.

“Ölkənin dövlət başçılarının açıqlamalarından sonra rezerv olaraq yer alan, ehtiyac duymadığımız vəsaitləri Türk Lirəsinə olan güvənimizin göstəricisi olaraq TL-ye çevirdik. Şəbəkəmizə daxil olan bütün qruplarla bərabər sektorla bağlı hər cür fəaliyyətimizdə istifadə olunan dollar, avro ifadəli tariflərimizin də hamısını Türk Lirəsinə çevirmək üçün geniş, əhatəli bir iş gördük.Türkiyədə yaşayırıq və bizim kimi qurumların Türk Lirəsini yüksək tutması lazımdır”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/178458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR