Ehtiyatlı olun: iki gün yollar buz bağlayacaq

Ehtiyatlı olun: iki gün yollar buz bağlayacaq
17:36 4 Dekabr 2016
1079 Şou
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 5 və 6-da respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Axşam.az-a verilən məlumata görə, göstərilən tarixlərdə Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Dekabrın 5-i axşam və dekabrın 6-da arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək, maksimal temperatur gündüz saatlarında 3-5 dərəcə isti təşkil edəcək.

Bölgələrdə dekabrın 5-i günün ikinci yarısında, 6-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-6 dərəcə aşağı enəcək.

Yolların buz bağlama ehtimalı var.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR