“Qarabağ” üçün 1 manat - FOTO

“Qarabağ” üçün 1 manat - FOTO
18:09 4 Dekabr 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ” – “Fiorentina” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, ağdamlılar üçün taleyüklü matçın biletləri sabahdan satışa çıxarılacaq.

 

Azarkeşlər biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala biləcək. Biletin qiyməti sektorlardan asılı olaraq 1, 2, 5, 10, 20 və 50 manat arasında dəyişəcək.

 

Qeyd edək ki, Ağdam klubunun qrupdan çıxması üçün mühüm əhəmiyyət daşıyan bu oyun dekabrın 8-i, Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR