Dəhşətli qəzada 10-u uşaq olmaqla 12 adam öldü, xeyli yaralı var - YENİLƏNİB

Dəhşətli qəzada 10-u uşaq olmaqla 12 adam öldü, xeyli yaralı var - YENİLƏNİB
18:13 4 Dekabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

18:00

Rusiyanın Tümen vilayətində avtomagistralda baş verən qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin 10-u uşaqdır.

Qeyd edək ki, bu gün Tümen vilayətində Xantı-Mansiysk magistralında avtobus, iki minik maşını və bir yük maşını toqquşub. Avtobusda 29-u uşaq olmaqla, 32 nəfər olub.
-----------

17:43

Rusiyanın Xantı-Mansiysk vilayətində ağır yol qəzası baş verib.

Trend-in TASS istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

Məlumata görə, həlak olanlardan 9 nəfər uşaqdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/178462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR