Finlandiyada şəhər meri və iki jurnalist güllələndi

Finlandiyada şəhər meri və iki jurnalist güllələndi
18:38 4 Dekabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gecə Finlandiyanın Rusiya ilə sərhəddə yerləşən İmatra şəhərində şəhər meri və iki jurnalist güllələnərək öldürülüb.

Publika.az xəbər verir ki, polisə şəhərdə yerləşən “Vuoksenvahti” restoranının qarşısında atəş açıldığını, 3 qadının öldürüldüyü barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşlarına hadisənin şahidi olan insanlar 23 yaşlı gəncin atəş açdığını bildiriblər. Restoranın qarşısındakı avtomobildə olan gənc müqavimət göstərmədən polisə təslim olub.

Güllələnərək öldürülən 3 qadının şəxsiyyəti müəyyənləşdirilən zaman onlardan birinin İmatra şəhərinin meri, digər ikisinin isə jurnalist olduğu üzə çıxıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR