“Qarabağ” - “Fiorentina”: 1 manatdan 50 manatadək...

“Qarabağ” - “Fiorentina”: 1 manatdan 50 manatadək...
18:48 4 Dekabr 2016
148 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” dekabrın 8-də Avropa Liqasının qrip mərhələsinin 6-cı turu çərçivəsində Bakıda "Fiorentina”nı (İtaliya) qəbul edəcək.

Publika.az xəbər verir ki, “Köhlən atlar” üçün qrupdan çıxmaq baxımından həyati önəm daşıyan marçın biletləri sabahdan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışa çıxarılacaq.

Biletlərin qiymətləri sektorlar üzrə 1, 2, 5, 10 və 20 manat olacaq.VİP-tribuna üçün biletin qiyməti isə 50 manat nəzərdə tutulub.

"Qarabağ” - "Fiorentina” matçı saat 20:00-da başlayacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/178466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR