Modelyerlər Melani Trampdan üz çevirdilər

Modelyerlər Melani Trampdan üz çevirdilər
18:56 4 Dekabr 2016
203 Şou
Ölkə mətbuatı
A- A+

Donald Trampın prezidentliyi ilə bağlı mübahisələrə indi də modelyerlər "üsyan" edir. 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Mişel Obama ilə işləyən modelyerlər “Ağ ev”in yeni birinci xanımı ilə işləməkdən imtina ediblər. Mark Yakobs, Sofi Tallet kimi məşhur dizaynerlərdən sonra Tom Ford da birinci xanımla bağlı xoşagəlməz sözlər deyib.

Obama cütlüyünün İngiltərədə Bukingem Sarayına ziyarət zamanı Mişel Obama üçün beş min dollarlıq xüsusi geyim hazırlayan Tom Ford M.Trampın modelyeri olmaqdan imtina edib.

Ford proqramlardan birində Melani Trampı geyindirməsi üçün təkliflər aldığını, lakin bunu “imicinə uyğun olmaması” səbəbilə rədd etdiyini bildirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR