"Kamranı qış fasiləsində qaytarmağa çalışacağıq"

"Kamranı qış fasiləsində qaytarmağa çalışacağıq"
19:05 4 Dekabr 2016
91 İdman
Ölkə mətbuatı
A- A+

"Bovaişta"nın baş məşqçisi Migel Leal keçirdiyi mətbuat konfransında zədəli oyunçuların durumu haqqında danışıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis milli komandamızın qapıçısı Kamran Ağayevin vəziyyətinə də aydınlıq gətirib. 

"Kamran Ağayev və Fabio Eşpinyo bu oyunda çıxış etməyəcəklər. Çətin qarşılaşma olacaq, ancaq azarkeşlərimizin də dəstəyi ilə qalib gəlməyə çalışacağıq. Ağayevin vəziyyəti nisbətən daha ağırdır. Onu qış fasiləsində heyətə qaytarmağa çalışacağıq".
 
Qeyd edək ki, "Boavişta" Portuqaliya çempionatında növbəti matçını dekabrln 6-da "Pakoş Fereyra"ya qarşı keçirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/495621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR