Milli Məclisin bir deputatının mandatı ləğv ediləcək

Milli Məclisin bir deputatının mandatı ləğv ediləcək
11:09 6 Yanvar 2015
151 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) baş katibi seçilən Asəf Hacıyevin deputat mandatı ləğv olunacaq.

Lent.az-ın “Report"a istinadən məlumatına görə, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında müzakirəyə çıxarılaraq, qərar veriləcək.

Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə əsasən, millət vəkili dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda deputat səlahiyyətlərini itirir.

 

Xatırladaq ki, bundan əvvəl Əli Əhmədovun baş nazirin birinci müavini və Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilmələri ilə əlaqədar deputat mandatından məhrum ediliblər. Həmçinin Gülər Əhmədova da deputat mandatından imtina edib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR