2015-də Avropa İttifaqının dağılmaq təhlükəsi

2015-də Avropa İttifaqının dağılmaq təhlükəsi
11:17 6 Yanvar 2015
142 Dünya
Ölkə mətbuatı
A- A+

Bu il Avropa Birliyi üçün elə də sakit keçməyəcək. AB-ni ciddi təhlükələr gözləyir. Hətta ittifaq dağıla da bilər
Milli.Az RİA Novosti-yə istindən bildirir ki, bu barədə "The National Interest" jurnalı yazıb.

Jurnalda qeyd edilir ki, yanvarın 25-də Yunanıstanda keçiriləcək növbədənkənar parlament seçkilərində qələbəni SİZİRA partiyası qazana bilər. Bu partiyanın rəhbəri Aleksis Sipras sərt iqtisadi tədbirlərin qəti əleyhidarıdır.

SİZİRA qələbə qazanarsa, Almaniya ilə "bacararsan-bacarmazsan" oyunu başlayacaq. Hamıya məlumdur ki, əməksevər Almaniya Aralıq dənizindəki tərəfdaşlarının əvəzinə borc ödəməkdən yorulub.

İkinci təhlükə isə may ayında Britaniyada keçiriləcək seçkilərdir. Hazırkı baş nazir Devid Kemeronun populyarlığı nə qədər aşağı düşsə də, onun hələ də qələbə qazanmaq şansı var. Ancaq Kemeronun qələbəsi AB üçün xoş heç nə vəd eləmir. O, Britaniyanın AB-dən çıxması üçün referendum keçiriləcəyini vəd edib. Britaniyanın AB-dən iqtisadi və siyasi cəhətdən ayrılması AB-nin özünün də mövcudluğunu təhlükə altında qoya bilər.

Digər vacib hadisə isə Polşada keçiriləcək parlament seçkiləridir. Ölkənin hazırkı prezidenti Donald Tuskun işləri elə də yaxşı getmir. Bu səbəbdən də sabiq baş nazir Yaroslav Kaçinskinin partiyasını qələbə qazanmaq şansları böyükdür. Kaçinski Almaniya kansleri Angela Merkelə qarşı tənqidləri ilə tanınır. Onun qələbəsi AB daxilində gərginliyi artıracaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR