Bakıda tapança ilə gəzən keçmiş məhkum tutuldu

Bakıda tapança ilə gəzən keçmiş məhkum tutuldu
11:22 6 Yanvar 2015
146 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda silahla gəzən keçmiş məhkum tutulub
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Rəşad Hüseynov saxlanılıb.

Saxlanılan zaman onun üzərindən 0,362 qram heroin, 1 ədəd nömrəsi silinmiş 7,65 mm çaplı “Mauzer” markalı tapanca və ona aid 8 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR