Qaşları qısalan prezident (FOTO)

Qaşları qısalan prezident (FOTO)
11:24 6 Yanvar 2015
166 Dünya
Ölkə mətbuatı
A- A+

Qəribəlikləri ilə daima gündəmdə olan Şimali Koreyanın prezidenti illərdir imicində bir damla belə dəyişiklik etmir. Eyni geyim, eyni saç düzümü. O, hətta dövlət rəsmilərinin də saçlarını onun kimi kəsməsi tələbini qoyub.

Lakin bu günlərdə onun qaşında olan dəyişiklik jurnalistlərin diqqətindən qaçmayıb. Belə ki, illər ərzində Kim Çen Inın qaşları get-gedə qısalıb.

Qaşlardakı fərq onun fotolarının müqayisəsi zamanı aydın ortaya çıxır.

"Belə ki, 2011-ci ildə onun əl dəyilməmiş qaşları olub. Görünür bu zaman qaşlar nəqqaş tanımayıblar. 2013-cü ildə Yeni il müraciətidə isə qaşlara bir az əl gəzdirilib", deyə "The South China Morning Post" yazıb.
İddiaya görə, Kim Çen In babası və atasına bənzəmək üçün əlindən gələni edir.

Qeyd edək ki, Şimali Koreya rəhbərliyi bir necə dəfə ölkə rəhbərinin plastik əməliyyat olması barədə şayiələri təkzib edib.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR