İordaniya şahzadəsi FİFA prezidenti postuna namizədliyini verəcək

İordaniya şahzadəsi FİFA prezidenti postuna namizədliyini verəcək
11:32 6 Yanvar 2015
232 İdman
Ölkə mətbuatı
A- A+

İordaniya şahzadəsi Əli bin əl-Hüseyn FİFA prezidenti postuna namizədliyini vermək niyyətini açıqlayıb. Trend xəbər verir ki, bu barədə Lenta.ru “Reuters”-ə istinadən məlumat yayıb.
 
Hazırda FİFA-nın vitse-prezidenti postunu tutan şahzadə deyib: "Mən FİFA prezidentliyinə namizədliyimi irəli sürməyi qərara aldım. Çünki ictimaiyyətin diqqətini son qalmaqallardan yayındırmağın və onu yenidən idmana yönəltməyin lazım olduğunu hesab edirəm”.
 
Onun sözlərinə görə, bu, çətin qərar FİFA-dan olan çoxsaylı nüfuzlu həmkarlarla çoxsaylı müzakirələrdən sonra qəbul edilib.
 
FİFA prezidentliyinə seçkilər 2015-ci ilin mayında keçiriləcək. Bu vəzifəyə, həmçinin federasiyanın hazırkı prezidenti Yozef Blatter və qurumun sabiq baş katibi Jerom Şampan iddia edirlər.
 
Xatırladaq ki, son vaxtlar təşkilat dəfələrlə korrupsiya proseslərində, eləcə də 2018 və 2020-ci illər dünya çempionatlarına sahiblik edəcək ölkələrin seçimi ilə bağlı saxtakarlıqlarda iştirak etməkdə ittiham olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR